2019-cu il 10 may tarixində Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir
May 10, 2019 | 11:00

2019-cu il 10 may tarixində Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzində Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş toplantı keçirilmişdir. ŞREM-in direktoru, dosent Yusif Şükürlü Milli Liderin Azərbaycan dövlətinin möhkəmlənməsi ilə bağlı fəaliyyətinə diqqət yönəltmiş, onun Azərbaycan xalqının xilaskarı olmasını təkzib edilməz dəlillərlə əsaslandırmışdır. Tədbirdə professor F.N. İbrahimov Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən ətraflı bəhs etmişdir. O, Azərbaycanın müstəqilliyinin bərpasına qədər olan dövrdə Milli Liderin uzaqgörən fəaliyyətinin dəyərlərinə diqqət yönəltmişdir. Professor F.N. İbrahimov Azərbaycanın müstəqiliyinin əbədi və sarsılmazlığı uğrunda Ulu Öndərin apardığı siyasətin əsas xüsusiyyətlərinə elmi şərh vermişdir.
Toplantıda ŞREM-in elmi işlər üzrə direktor müavini Fərhad Əzizov, “Tarixi Irs və Etnoqrafiya” şöbəsinin müdiri, doktorant Rahim Həsənov və həmin şöbənin elmi işçisi Elşən Abdurahmanov və başqaları Ulu Öndərinin Azərbaycan Dövlətinin möhkəmlənməsi uğrunda mücadiləsindən, onun Azərbaycanın vətəndaş müharibəsindən qorunması ilə bağlı fəaliyyətindən bəhs etmişlər.
Tədbirə ŞREM-in direktoru yekun vuraraq, Ulu Öndərin ruhuna min bir salavat səsləndirmiş və bildirmişdir ki, Azərbaycan var olduqca Heydər Əliyev qədrbilən milli mənsublarımızın qəlbində yaşayacaqdır.