ŞREM-in elmi işçisinin “Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransında iştirakı
Mart 17, 2019 | 11:03

 “Folklorşünaslıq və El sənətləri” şöbəsinin kiçik elmi işçisi, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Təranə Məmmədova 15 mart 2019-cu il tarixdə Azərbaycan Universitetində keçirilən “Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransında iştirak edib. T.Məmmədovanın  “Azərbaycan folklorunda dövlətçilik ənənələrini əks etdirən nəsihətlər” adlı məruzəsi maraqla qarşılanıb. Məruzənin mətni konfrans materialları içərisibdə çap olunub və müəllifə sertifikat təqdim olunub.