AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən “Azərbaycanın Şimal –qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində seminar keçirilmişdir
Fev 22, 2019 | 01:29

22 fevral  2019-cu il tarixdə Oğuz rayonunda  AMEA-nın Şəki Regional Elmi Mərkəzi  tərəfindən “Azərbaycanın Şimal –qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji  inkişaf modelinin işlənib hazırlanması”  layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminarı Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi   Səyyad Abbas açmış və onun fəaliyyətinə uğur diləmişdir.

Seminarda AMEA ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə PhD Fərhad Əziziov “Azərbaycanın şimal-qərb bölgəsində ipəkçiliyin  inkişafı perspektivləri”,  AMEA ŞREM-in “Tut ipəkqurdunun seleksiyası”  şöbəsinin rəhbəri  biologiya üzrə PhD,  dosent  Qüdrət Bəkirov “İpəkqurdunun  yemlənməsində aqrotexniki qaydalar.İpəkqurdunun xəstəlikləri və onlara qarşı mubarizə tədbirləri”,  AMEA ŞREM-in “Tut İpəqurdunun Seleksiyası”  şöbəsinin elmi  işçisi Aqil Mustafayev “İpəkçiliyin region və ölkə iqtisadiyyatında rolu və əhəmiyyəti”,  AMEA ŞREM-in “Genefond və biomüxtəliflik”  şöbəsinin rəhbəri Coşqun Məmmədov “Xaricdən gətirilmiş çəkil tinglərinin yetişdirilməsində aqrotexniki qaydalar “mövzularında məruzələr iştirakçılara təqdim olunmuş və hər bir mövzu ətrafında fikir mübadiləsı aparılmışdır.  

Seminarda müvafiq təkliflər qeydə alınmışdır.