AMEA Şəki Regional Elmi Mərkəzin kollektivi 18 yanvar 2019-cu ildə 20 yanvar faciəsinə həsr olunmuş konfrans keçirmişdir
Yan 18, 2019 | 10:41

AMEA Şəki Regional Elmi Mərkəzin kollektivi 18 yanvar 2019-cu ildə 20 yanvar faciəsinə həsr olunmuş konfrans keçirmişdir.

Konfransda iştirakçılar 20 yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra ŞREM-in direktoru fizika üzrə fəlsəfə doktoru Yusif  Şükürlü bu müthiş hadisənin törədilmə səbəblərinə, Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin əzminə və müstəqillik mücadiləsinin sarsılmazlığına öz münasibətini bildirmişdir. Konfransda biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli, riyaziyyat üzrə fəlsəfə doktoru Vuqar Abdurrahmanov 20 yanvar hadisəsinin insanlığa qarşı yönəldiyini vurğuladılar. Onlar 20 yanvar hadisəsini yalnız hüzn gunu yox həmdə Azərbaycan xalqının  şanlı tarix səhifəsi kimi dəyərləndirmişdilər. Natiqlər imperiyanın və onun üzdəniraq xəyanətkar movqeyini pisləmişlər.