19.01.2018-ci il tarixdə AMEA Şəki Regional Elmi Mərkənində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Yan 19, 2018 | 12:39

Tədbiri giriş sözü ilə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru f-r üzrə PhD. Dosent, Y.H.Şükürlü açdı. Bir dəqiqəlik sükutla davam edən tədbirdə Yusif Şükürlü 20 yanvar hadisələri ərəfəsində Sovet Ittifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütovlüyünə qarşı Mərkəzin, şəxsən M.Qarbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olduğunu qeyd etdi. Bunda da əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimi dağılmasına yol verməmək və istiqaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdu.

AMEA ŞREM-in aparıcı elmi işçisi ped.üzrə elmlər dok, prof. F.N.İbrahimov çıxış edərək keçmiş sovet ordusunun insanlığa yaraşmayan faciə törətməsinə, dinc əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən söhbət açıb, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını söylədi.

Daha sonra  “Landşaftşünaslıq” şöbəsinin rəhbəri g.m.üzrə PhD H.L.Mustafabəyli çıxış edərək bildirmişdi ki,  20 yanvar  müstəqillik və suverinlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı səhifələrindən biridir. 20 yanvar hadisəsinin yaddaşlardan silinməyəcəni, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd olunmasını vurğuladı.