6 oktyabr 2017-ci il tarixdə AMEA ŞREM-in növbəti Elmi Şurası keçirilmişdir.
Okt 08, 2017 | 05:41

 Elmi Şurada ŞREM əməkdaşlarının Özbekistandakı Beynəlxalq Konfransda iştirakı barədə ŞREM direktoru fiz. üzrə PhD, dos. Y. Şükürlünün hesabatı dinlənilmişdir.

ŞREM-in aparıcı elmi işçisi fil. üzrə PhD U.Mürşüdovanın «Azərbaycan və Şimali Amerika folklorunun müqayisəli tipologiyası» mövzusunda  dissertasiya işinin müzakirəsi keçirilmişdir.

ŞREM-in «Folklorşünaslıq və El sənətləri» şöbəsinin əməkdaşlarının tərtib etdiyi «Region bayatıları» kitabının tam nəşrə hazır olması haqqında fil. üzrə PhD K.Adışirinov çıxış etdi. Yeni nəşrə hazırlanan “Şəki –Balakən bölgəsindən toplanmış epik xarakterli folklor örnəkləri” kitabının növbəti Elmi Şurada müzakirəsinə dair qərar qəbul edildi.