Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktik kofrans
Fev 08, 2019 | 04:40

8 fevral 2019-cu il tarixdə AMEA Şəki Regional Elmi Mərkəzində Azərbaycan millətinin təəssübkeşi, dünya şöhrətli tarixçi alim, siyasi xadim, Heydər Əliyevin dövlətçilik siyasətinə sadiq ziyalı Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunmuş elmi-praktik kofrans keçirilmişdir.

      Konfransı giriş sözü ilə ŞREM-in direktoru fiz. riy. üzrə PhD Yusif Şükürlü açmışdır. O, alimin həm Sovet dönəmində, həm də müstəqillik illərində fəaliyyətinin elmi-ictimai dəyərlərinə diqqət yönəltmişdir. Eyni zamanda Yaqub Mahmudovun Tarix İnstitutunun direktoru kimi səmərəli fəaliyyətini təkzib edilməz dəlillərlə şərh etmişdir. Y.Şükürlü Yaqub Mahmudovun ermənilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yeritdiyi iyrənc siyasətin ifşa olunmasında yorulmaz və cəsur fəaliyyəti barədə konfrans iştirakçılarının marağına səbəb olan mülahizələr səsləndirmişdir.

     Konfransda Y. Mahmudovun fəaliyyətinə müxtəlif rakuslardan işıq salan məruzələr təqdim olunmuşdur. Mərkəzin Tarixi İrs və Etnoqrafiya şöbəsinin rəhbəri, Tarix  İnstitutunun doktorantı Rahim Həsənov “ Akademik Yaqub Mahmudovun müstəqillik illərində elmi fəaliyyəti ”,  həmin şöbənin elmi işçisi tarix üzrə PhD Akif Məmmədli “ Yaqub Mahmudovun Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri “, şöbənin digər elmi işçisi Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı Elşən Abdurrahmanovun “ Yaqub Mahmudovun Sovet dövründə

elmi, pedoqoji və ictimai fəaliyyəti ” mövzularında məruzələr təqdim etmişdilər. Məruzələr ətrafında maraqlı çıxışlar səsləndirilmişdir.

      Konfrans iştirakçıları uca Tanrıdan Yaqub Mahmudova uzun ömür, sağlam həyat, elmi fəaliyyətində daha böyük uğurlar arzulamışdırlar.