Çinli qonaqlar ŞREM-də
Noy 30, 2018 | 02:00

29.11.2018 tarixdə Çin Xalq Respublikasının Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyasının İpəkçilik institutunun  əməkdaşları xanım Vang Xiangyu,  cənab Lou Qinian,  cənab Vang Zhaohong, cənab  Zou Deqing, xanım Tang Venqia ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə olunması məqsədilə Azərbaycana səfər ediblər.

Həmçinin qonaqlar AMEA Şəki Regional Elmi Mərkəzin Tut İpəkqurdu Seleksiyası şöbəsində, Genefond bağında görülən işlərlə tanış oldular.