Şəki Regional Elmi Mərkəzi İstanbulda təşkil olunan V Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumunda təmsil olundu
Okt 22, 2018 | 12:10

          19-20 Oktyabr tarixlərində İstanbul Əli Əmiri Əfəndi Mədəniyyət  Mərkəzində Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi, İstanbul İbn Haldun Universiteti və Basin Yayın Birliyinin birlikdə təşkil etdikləri “V Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu” keçirildi.

           AMEA Şəki Regional Elmi Mərkəzinin kiçik elmi işçisi, İstanbul Universitetinin Qədim Türk Ədəbiyyatı şöbəsinin doktorantura tələbəsi  Reyhanə Səlimova bu konfransda “Çocuk Edebiyatının Eşsiz Şairi – Sezai Karakoç ” adlı məqaləsi ilə çıxış etmişdir.

           Reyhanə Səlimova bir çox xarici ölkələrdən simpoziumda iştirak edən qonaqları nəzərə alaraq öncə Sezai Karakoçun həyat və yaradıcılığı haqqında məlumat vermiş, daha sonra isə Sezai Karakoçun uşaqların həyat və düşüncə dünyasından bəhs etdikləri şeirlərin təhlilini vermişdir.  Tədqiqatçı Sezai Karakoçu Türk Dünyasının Yaşayan Füzulisi adlandıraraq uşaqlara yazılan şeirlərin bəlkə də başqa heç bir şairdə onun qədər uşaq dünyasına nüfuz edə bilmədiklərini və hətta uşaq temasının mövzusundan uzaq şeirlərində belə  balacaların ruh dünyaları, istək və arzularının gündəmdə tutulmasından bəhs edərək Sezai Karakoçun uşaq ədəbiyyatı şeirlərindəki misilsizlinin izahını vermişdir.

          “Yaşayan Uşaq Ədəbiyyatı Yazıçıları” mövzusu ilə həyata keçirilən sempoziumda 2 gün boyunca Almaniya, Azərbaycan, Rusiya, İran, Pakistan, Qırgızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan, Krım, və Ukraynadan gələn alim, tədqiqatçı, şair, yazıcı, jurnalist və rəssam iştirak etdi.

        “V Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu”nda 16 oturumda 88 iştirakçı tərəfinədən 65 məzurə dinlənilmişdir.

       21 Oktyabrda Simpozium iştirakçıları İstanbulun məşhur Boğaz turuna qatılmış və yüzlərcə tarixi eksponatların sərgiləndiyi Miniatürk Muzeyini ziyarət etmişdir