Yan 10, 2018 | 12:35
Mahir Hacıyevin gəlişinin əsas məqsədi ŞREM-lə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq yaradılması üçün sənədlərin imzalanması, ŞREM-in yeni inşa olunmuş kümxanası və yeni salınmış tut bağı ilə tanışlıq oldu. ŞREM-in direktoru, f.ü.PhD Y.Şükürlü, Tut İpəkqurdunun Seleksiyası şöbəsinin rəhbəri b.ü.PhD Q.Bəkirov iştirakı ilə keçirilən bu görüşdə Mahir Hacıyevə “Azərbaycan Respublikasının Baramaçılığın və İpəkçiliyin inkişafına dair 2018-2025- ci illər üçün “Dövlət Proqramı” üzrə AMEA-nın icraçısı olduğu tədbirlərin yerinə yetirilməsi ilə bağlı və AMEA Rəyasət Heyətinin 20 dekabr 2017-ci il 14/10-saylı qərarı ilə tanış oldu. Mahir Hacıyev sözügedən “Dövlət Proqramının” həyata keçirilməsi üzrə Tədbirlər Planında digər təşkilatlatlarla yanaşı, AMEA-nın qarşısına qoyulan mühüm vəzifələr haqqında məlumat aldı. Cənab M.Hacıyevə bildirildi ki, Baramaçılıq və İpəkçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində AMEA üzrə əsas icraçı təşkilat Şəki Regional Elmi Mərkəzdr. Tərəfdar təşkilatlar isə AR Kənd Təsərrüfatı Nazirliyi, AR Maliyyə nazirliyi və Rabitə və Yüksək Texnologiyalar nazirliyidir.
Tədbirlər Planının icrasında AMEA ŞREM-in qarşısında aşağıdakı məsələlər durur:
Yeni məhsuldar ipəkqurdu cinslərinin və hibridlərinin yaradılması, Baramaçılıq və İpəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyalarının öyrənilməsinin tətbiqi, Baramaçılıq və İpəkçilik sahəsində fəaliyyət göstərən fermerlərə ödənişsiz məsləhət xidmətlərinin təşkili, İnformasiya- Kommunikasiya Texnologiyalarının imkanlarından geniş istifadə edilməsi.
Tədbirlər Planında qeyd olunur ki, AR Kənd Təsərrüfat Nazirliyi və Maliyyə Nazirliyi Tur İpəkqurdunun Seleksiyası şöbəsinin maddi texniki bazasının gücləndirilməsi istiqamətində və barama istehsalı və emalı sahəsində İnnovativ layihələrin dəstəklənməsində AMEA ŞREM-ə lazım olan maliyyə və digər köməkliklərini göstərəcəklər.
Həmin görüşdə bütün bu görüləcək işlər üzrə AMEA ŞREM-nin və AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandalıq Elmi Tədqiqat İnstitutunun birgə fəaliyyət aparılması haqda razılığa gəlinmişdi.