AMEA ŞREM-in aparıcı elmi işçisi ped. üzrə elmlər dok, prof. F.N.İbrahimovun “Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası” adlı dərs vəsaiti işıq üzü görmüşdür
Sen 11, 2017 | 07:31

AMEA ŞREM-in aparıcı elmi işçisi ped. üzrə elmlər dok, prof. F.N.İbrahimovun  “Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası” adlı dərs vəsaiti işıq üzü görmüşdür. Kitabda XXI əsrin çağırışları və bu çağırışlara adaptasiya oluna bilən şəxsiyyətin keyfiyyətləri, təhsilin bəşər təcrübəsinin mənimsənilməsi prosesi olması, təhsilin həyata keçirilməsinin fəlsəfi, məntiqi, psixoloji, didaktik əsasları, ümumtəhsil sistemində riyazi təhsilin mövqeyi və s. öz əksini tapmışdır.

Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə, universitetlərdə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, ümumtəhsil məktəblərində işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuşdur. Magistrantlar və doktorantlar bu vəsaitdən faydalana bilərlər.