AMEA ŞREM-in əməkdaşları “Şəfa” bayramında iştirak etdilər
Sen 08, 2017 | 03:28

AMEA Şəki Regional Elmi Mərkəzin əməkdaşları 7 sentyabr  2017-ci il tarixdə Şəki Regional Mədəniyyət və Turizm idarəsinin və Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən “Şəfa” bayramında iştirak etmişdir. Tədbirdə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından gəlmiş nümayəndələr tərəfindən hazırlanmış sərgi nümayiş etdirilib. Sərgidə AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən təqdim olunmuş 82 adda şəfalı bitki növlərindən, 19 adda cövhərdən və müalicəvi xüsusiyyətləri ilə olduqca faydalı olan , amarant (qaratərə) bitkisindən hazırlanmış  10 adda ərzaq məhsullarından ibarət nümunələr iştirakçıların xüsusi marağına səbəb olmuşdur.

            Tədbirin sonunda AMEA Səki Regional Elmi Mərkəzi diplomla, Şəki Regional Elmi Mərkəzin  “Bitkilərin Biokimyası” şöbəsinin rəhbəri biologiya üzrə PhD Z.Xəlilov və “Molekulyar biofizika” şöbəsinin elmi işçisi Y.Bəkirova Fəxri fərmanla təltif  olunmuşdur.