Yusif  Hacıbala oğlu Şükürlü 

 fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent

AMEA Rəyasət Heyətinin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Hacıbala oğlu Şükürlü AMEA Şəki Regional Elmi Mərkəzinin  direktoru vəzifəsinə təyin edilib. O, 1975-ci ildə istehsalatdan ayrılmamaqla, Azərbaycan SSR EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuş və Səki Regional Elmi mərkəzinə - laborant vəzifəsinə  qəbul olunmuşdur.

1976-cı ilin oktyabrından kiçik elmi işçi seçilmiş, Akademiyanin Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan MEA-nın Radiasiya Problemləri Institutuna köçürülmüş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987–90-cı illərdə baş elmi işçi vəzifəsinə seçilmişdir. 1990-cı ildən – AMEA Şəki Regional Elmi Mərkəzi sərbəstlik statusu alan vaxtdan hal-hazıradək “Biofizika” laboratoriyasına (indiki “Biofizika” şöbəsinə) rəhbərlik edir.Şükürlü ixtiralarına görə 9 Şəhadətnamə və 5 patentin müəllifidir, 8 məqalə hüququnda depona olunmuş əlyazması, 11 elmi konfrans və simpozium materiallarında dərc olunmuş tezisləri, elmi jurnallarda çap olunmuş 83 məqaləsi, 2 monoqrafiyası və 2 bədii kitabın müəllifidir.

Hal-hazırda onun “Ümumi fizika kursu” ı dərs vəsaiti çap olunması üçün nəşriyyata təqdim olunmuşdur. Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Y.H.Şükürlü yüksək səviyyəli pedaqoq və mühazirəçi, yetkin alim və istedadlı təşkilatçıdır. Onun təşəbbüsü və iştirakı ilə ŞREM-in “Biofizika” şöbəsi yaradılmış, AMİ-nin Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında fizika praktikumu laboratoriyası təşkil və təchiz olunmuş və hal-hazırda fəaliyyət göstərir. O, uzun müddət AMİ-nin Şəki filialında “Təbiət elmləri və tədrisi metodikası” kafedrasına rəhbərlik etmişdir.