“İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,  "İnformasiya azadlığı haqqında", “Media haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunlarını əsas tutaraq AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “İctimaiyyətlə əlaqələr” şöbəsinin əsas funksiyası Şəki REM-də aparılan elmi-tədqiqat işləri haqqında region və ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırmaqdan ibarətdir. İctimaiyyətlə əlaqələr şöbəsi öz fəaliyyətlərini Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, AMEA Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi ilə əlaqələndirir və əməkdaşlıq edir.

 İctimaiyyətlə əlaqələr şöbəsi Şəki REM-in KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərinin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin edir, əlaqələndirməni həyata keçirir.

Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulmasını, Şəki REM-in fəaliyyətinin KİV-də işıqlandırılmasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə bağlı paylaşımların edilməsini, Şəki REM tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasını, bununla əlaqədar çıxışların, müsahibələrin və s. hazırlanmasını, məlumat bazasının təşkil edilib arxivləşdirilməsini, Şəki REM-in rəhbərlik və işçilərinin KİV-də çıxışlarının, ictimaiyyətlə görüşlərinin təşkil edilməsini, əlaqələndirilməsini və Şəki REM tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakının təmin edilməsini, Şəki REM-in rəsmi internet saytı (www.shrem.az) və sosial şəbəkələrdəki (facebook.com/ictimaisrem/) səhifələr üçün məlumatların hazırlanmasını, məlumatların saytlarda yerləşdirilməsini, Şəki REM-in fəaliyyəti, imkanları və nailiyyətlərini əks etdirən bukletlərin, video-çarxların hazırlanmasını, dəyirmi  masalar, elmi-praktik, respublika və beynəlxalq səviyyəli konfranslar üçün proqram, poster və barnerlərin tərtib və dizayn edilməsini,  konfrans və müvafiq yerlərdə nümayiş etdirilməsi, Şəki REM-in rəsmi veb-saytının – shrem.az istismarının və kontent təminatının həyata keçirilməsini, informasiya cəmiyyəti ideyalarının təbliğini, informasiya texnologiyaları sahəsində elmi nailiyyətlərin populyarlaşdırılmasını, Şəki REM-in fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı zəruri hallarda cavabların hazırlanmasını və təhrif hallarının aradan qaldırılmasını təmin etmək istiqamətində tədbirlərin görülməsi.

 

Ünvan:   AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24

   Tel: (+99424) 2460504;  (+99424) 2460411; (012) 585 35 83                                                                                                           

              Fax: (+99424)2461712                                                                                                                                         

   e-poçt: shrem@science.az