AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün təlimlər keçirilib
İyn 25, 2025 | 01:00
İyn 25, 2025 | 01:00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatı və ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) birgə təşkilatçılığı ilə 24-25 iyun 2025-ci il tarixlərində “Süni zəka əsasları” və “Ünsiyyət bacarığı: Kouçvari yanaşma” mövzularında təlimlər keçirilib.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları təlimlərə “Zoom” vasitəsilə onlayn qoşulublar.








