Şəki Regional Elmi Mərkəzinin əməkdaşının yeni məqaləsi çap edilib
Sen 13, 2023 | 12:00

AMEA-nın Şəki REM-nin "Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya" şöbəsinin kiçik elmi işçisi, Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinovun AMEA-nın Gəncə Bölməsinin "Xəbərlər Məcmuəsi"nin 2023-cü il tarixli 4(8) sayında "Azərbaycanın şimal-qərb bölgəsində yaşayan azsaylı xalqların folkloru" adlı elmi məqaləsi çap edilib. Məqalədə bölgədə yaşayan avar, saxur, ingiloy xalqlarının mövsüm, mərasim folkloru araşdırılıb, bu xalqlara məxsus bayramlar və onların xüsusiyyətləri tədqiq edilib, avar və Azərbaycan türklərinin mərasim folklorunun ortaq və fərqli cəhətləri təhlil müstəvisinə çıxarılıb. Onu da qeyd edək ki, məqalə şimal-qərb bölgəsində yaşayan azsaylı xalqların mərasim folklorunun öyrənilməsi baxımından əhəmiyyətli elmi əsərdir.