Zəka işığında tarixə çevrilən 50 il
Sen 12, 2023 | 11:15

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün AMEA-nın Elm və Həyat jurnalının 2023-cü il tarixli ikinci sayında "Zəka işığında tarixə çevrilən 50 il" başlıqlı məqaləsi nəşr olunub. Məqalədə AMEA-nın Şəki REM-nin yarandığı gündən bugünəqədərki elmi, elmi- təşkilati fəaliyyəti, həmçinin şimal-qərb regionunun ekoloji problemlərinin həlli, milli-mənəvi, sosial-iqtisadi dəyərlərin tədqiq olunması ilə bağlı mühüm elmi-tədqiqat işlərinin aparılması kimi vacib məsələlər öz əksini tapıb. Ötən illər ərzində Elmi Mərkəzin fəaliyyətinin genişlənməsi, elmi-tədqiqat istiqamətlərinin prioritet sahələri əhatə etməsi, ümumiyyətlə, şimal-qərb bölgəsinin tarixi, sosial-iqtisadi, mədəni, ədəbi inkişaf mərhələləri geniş şərh olunub.