Şəki Regional Elmi Mərkəzin nailiyyətləri davam edir
Avg 30, 2023 | 11:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin  aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Mürşüdovanın “Azərbaycan və Şimali Amerika hindu folkloru” adlı kitabı Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən Sabahattin Zaim Universitetinin kitabxanasının elektron kataloqunda yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ildə çap edilib elmi ictimaiyyətə təqdim olunan “Azərbaycan və Şimali Amerika hindu folkloru” adlı kitab müəllifin uzun illər ərzində apardığı araşdırmaların nəticəsində ərsəyə gətirdiyi tədqiqat əsəridir. Əsərdə Azərbaycan Türk-Oğuz folkloru ilə Şimali Amerika hindu folkloru arasında maraqlı müqayisəli təhlillər aparılmış, hər iki xalqın folklor nümunələrinin oxşar və fərqli xüsusiyyətləri tədqiq edilmişdir.