“Klassik Şərq və Azərbaycan poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Avg 21, 2023 | 01:00

shrem.az science.gov.az saytına istinadən xəbər verir ki, 2023-cü ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Ürməvinin 825, Əbdülqadir Marağayinin 670, Mirmöhsün Nəvvabın 190 illiyinə həsr olunmuş “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfrans “Orta əsrlər Azərbaycan və müsəlman Şərqi musiqişünaslığının şah əsərləri inteqrasiya fenomeni kimi”, “Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mirmöhsün Nəvvabın irsi fərqli mədəni epoxaları qovuşduran körpü kimi”, “Azərbaycan poeziyası və klassik musiqi irsi”, “Əruz, muğam və Şərq poetikasının orta əsrlər Şərq ədəbi-mədəni mühitini qovuşdurma funksiyası”, “Klassik musiqi və poeziya abidələrinin elmi və ədəbi-mədəni inkişafa təsiri” bölmələrini əhatə edir.

Məqalənin tərtib olunma qaydaları:

-Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;

-Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 3-7 səhifə olmalıdır;

-Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval - 1,5 olmaqla yazılmalıdır.

Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:

-Sağ tərəf -1sm

-Sol tərəf – 3sm

-Aşağı hissə - 2 sm

-Yuxarı hissə - 2sm

Sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı, əlaqə nömrəsi (çap olunmur) göstərilməlidir.

Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı verilməlidir.

Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.

Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).

Məqalənin mətni ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; Məqalənin mətni rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.

Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.

Məqalələrin qəbul olunması üçün son tarix: 15 oktyabr 2023-cü il

Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (994 12) 505 53 14

E-mail: nizamimuzeyikonfrans@mail.ru