Şəki REM – nin növbəti Elmi şura iclası keçirilib
Dek 23, 2022 | 12:00

23 dekabr 2022 – ci il tarixində AMEAnın Şəki REM – nin növbəti Elmi şura iclası keçirilib. İclası açan Şəki REM – in direktoru Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib, cari ildə aparılan elmi tədqiqat işlərinin və tədbirlərin yüksək səvityyədə icra edilməsi ilə bağlı Şəki REM əməkdaşlarına fəaliyyətlərinə görə təşəkkür olunub. Gündəlikdəki məsələlər: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “ Şuşa şəhərinin 2023 – cü il üçün “ Türk dünyasının mədəniyyət paytaxtı “ elan edilməsi və 2023 – cü ilin elmi tədqiqat planları ilə bağlı müzakirələr aparılıb. Daha sonra gündəlikdəki bu və ya digər məsələlər haqqında qərarlar qəbul edilib.