AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi Milli məclisin deputatı Əli Məsimlinin elm və təhsil sahəsindəki təkliflərini dəstəkləyir
Okt 04, 2022 | 11:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi Milli məclisin deputatı Əli Məsimlinin təkliflərini və onun qeyd etdiyi problemlərin təxirəsalınmadan gerçəkləşməsi istiqamətində, dövlət səviyyəsində, real addımların atılmasının vacibliyini hərtərəfli dəstəkləyir.

Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsində həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini zəminində müstəqil və suveren Azərbaycan dövlətinin 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olması ilə əlaqədar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında AR Prezidentinin 02 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-də qeyd olunmuş: 1. Qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini və 2. Aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasınının əhəmiyyətini və vacibliyini nəzərə alaraq, AMEA-nın Şəki REM-nin kollektivi 2022-2030-cu illərdə “Elmin Dayanıqlı  inkişafı üzrə Milli strategiya” nın hazırlanmasına dair AMEA-nın Şəki REM-i tərəfindən - Elmin dayanıqlı inkişafının təmin olunmasında aparıcı rol oynayan elmşünaslığın inkişafına; Azərbaycan elminin dünya elminə inteqrasiyasına; Elmin kumulyativ qanunlarla inkişafının təmin olunmasına və Elmdə aparıcı rol oynamağa qadir olan alimlərin və mütəxəssislərin hazırlanmasına nail olunmasına, Elm və təhsilin texnologiyaların vahid idarə olunması sisteminin formalaşdırılmasına, Elmi tədqiqqatların IV Sənaye inqilabının çağırışlarına  uyğun olmasına dair aidiyyatı olan dövlət qurumlarına və AMEA RH-nin Elmi-təşkilat idarəsinə təkliflər göndərilmişdir və öz işlərini də bu istiqamətlərdə qurur.

Millət vəkili Əli Məsimlinin də təklif etdiyi kimi, - Prioritetlərin icra edilməsində əhəmiyyətli problemlərdən biri də nəticələrin tətbiqinə dair yeni strategiyaların hazırlanması bu sahəyə vəsaitin cəlb edilməsi aktualığı mühüm məsələdir. Belə ki, əldə olunmuş ixtiraların tətbiqi və patentlərin kommersiyalaşmasına təkan verməklə yanaşı, elmi tədqiqat işlərinin nəticələrinin praqmatikliyinin təmin olunmasına xidmət edən, həm də innovativ ixtiraların tətbiqi sayəsində ölkədə əhalinin ərzaq və tibb məhsullarına olan artan tələbatın ödənilməsinə, ölkənin bu məhsullarının idxal edilməsi üşün sərf etdiyi xarici valyutanın ölkədə qalmasına, əlavə olaraq, həmin məhsulların ixrac edilməsinə keçilməsi ölkəyə əlavə valyutanın daxil edilməsinə imkan yaradacaqdır.

Hörmətli millət vəkili Əli Məsimliyə bu sahədəki aktiv fəaliyyətində uğurlar arzulayırıq.