ƏMƏKDAŞIMIZ GƏNC ALİMLƏRİN YAY MƏKTƏBİNDƏ İŞTİRAK EDİB
Avg 11, 2022 | 12:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində 06-11 avqust tarixlərində Gənc Alimlərin Yay Məktəbi təşkil olunub. AMEA-nın Şəki REM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Folkorşünaslıq və el sənətləri" şöbəsinin elmi işçisi Tural Adışirinov Gənc Alimlərin Yay məktəbində iştirak edib və Gənclər və İdman Nazirliyi tərəfindən sertifikat təqdim olunub.