“26 iyun- Silahlı Qüvvələr Günü” münasibətilə AMEA-nın Şəki REM-də tədbir təşkil edilib
İyn 24, 2022 | 12:00
Tədbiri açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlünün təklifi ilə ilk olaraq torpaqlarımızın işğaldan azad edilməsində, həmçinin mütəqillik uğrunda şəhid olan həmvətənlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Dosent Y.H.Şükürlü torpaqlarımızın işğaldan azad edilməsində Ali Baş Komandan cənab İ.Əliyevin rəhbərliyi altında ordumuzun hər bir əsgərinin və zabitinin fədakarlığından bəhs edib.
“Tarixi irs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov 26 iyun-Silahlı Qüvvələr günü, onun mahiyyəti haqda məruzə ilə çıxış edib. O, çıxışında 26 iyuna aparan şərəfli yol, AXC-nin ordu quruculuğu sahəsində gördüyü tədbirlər barədə məlumat verib. R.Həsənov Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən etibarən, xüsusilə ulu öndər H.Əliyevin, həmçinin Ali Baş Komandan İ.Əliyevin səyləri nəticəsində ordu quruculuğunun böyük və şərəfli inkişaf yolu keçdiyini qeyd edib. Natiq çıxışında II Vətən müharibəsi dövründə cənab İ.Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun əldə etdiyi qələbələrlə milli mübarizə və hərb tariximizin daha da zənginləşdiyindən bəhs edib.