“Folklorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşları folklor ekspedisiyalarını davam etdirirlər
May 19, 2022 | 12:00

18.05.2022-ci il tarixində AMEA-nın Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin müdiri İradə Yusifova və şöbənin əməkdaşları kiçik elmi işçi Tural Adışirinov, laborant Adışirin Xəlilov Şəki rayonunun Qırxbulaq və Köbər Zəyzid kəndlərində folklor ekspedisiyasında olmuşlar.

Ekspedisiya üzvləri Qırxbulaq kənd tam orta məktəbinin direktoru Araz İsmayılov, kənd ağsaqqalı Lətif Lətifov, kəndin folklor klubunun müdiri Yusif Lətifovla söhbətlər aparmış, kəndin folkloru, mədəniyyəti, kənddə yaşadılan el sənətləri haqqında məlumatlar toplamış, kəndin tarixi adı və  onunla bağlı rəvayətlər qeydə almışlar.

Əməkdaşlarımız  daha sonra Köbər Zəyzid kəndinə səfər etmiş və  kənd orta məktəbinin direktoru Ramil Paşazadə, kəndin ən qocaman sakini 90 yaşlı xalçaçı Güldəstə Şıxəliyeva, ağsaqqalları Rasim Kərimov və Qüdrət Seydimovla kəndin adət-ənənələri, qədim məşğuliyyətlərindən olan çəltikçilik, xalçaçılığın sirləri, həmçinin kənddə yaşadılan folklor nümunələri haqqında maraqlı söhbətlər aparmış və dəyərli məlumatlar qeydə alınmışdır.