AMEA Şəki REM-in kollektivi Qafqaz Məhəmmədhəsən oğlu Ağabalayevi coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcə aldğı üçün təbrik edir
Apr 20, 2022 | 11:00

AMEA-nın Şəki REM-in "Ekoloji coğrafiya" şöbəsinin elmi işçisi Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlunun "Aqrar islahatlar dövründə Şəki -Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkili və optimallaşdırılması yolları" adlı dissertasiya mövzusu üzrə (Coğrafiya-ixtisas şifri 5401.01) müdafiə işi Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənərək, coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Əməkdaşımızı səmimi qəlbdən təbrik edir, elmi və pedaqoji fəaliyyətində uğurlarının davamlı olmasını arzu edirik