25 fevral 2022-ci il tarixində AMEA-nın Şəki REM-in növbəti Elmi Şura iclası keçirilib
Fev 25, 2022 | 12:00

Iclası açan Şəki REM-in direktoru fizika üzrə PhD, dosent Y.H.Şükürlü Şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edərək onun fəaliyyətinə uğurlar arzulayıb. Y.H.Şükürlü şura üvlərini gündəlikdəki mühüm məsələlərdən biri – AMEA Şəki REM-in 2021-ci ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə tanış edərək bu il ərzində Akademiya rəhbərliyinin qarşıya qoyduğu vəzifə və tapşırıqların vaxtında dürüst şəkildə yerinə yetirilməsinin vacibliyini qeyd edib. Daha sonra gündəlikdəki digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.