25 yanvar 2022- ci il tarixində AMEA –nın Şəki REM-də elmi seminar keçirilib
Yan 26, 2022 | 11:41
25 yanvar 2022- ci il tarixində AMEA –nın Şəki REM-də elmi seminar keçirilib. Seminar Şəki REM-in “Ekoloji coğrfiya”, “Landşaftşünaslıq” və Folklorşünaslıq və el sənətləri” şöbələrinin əməkdaşları tərəfindən təşkil edilib. Seminar aşağıdakı mövzuları əhatə edib.
1. Azərbaycanın Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun landşaftlarının ekocoğrafi xüsusiyyətləri” - Yusif Rəhimov (Ekoloji coğrafiya şöbəsinin rəhbəri)
Hüseyn Mustafabəyli (Landşaftşünaslıq şöbəsinin rəhbəri, g.m.ü.f.d)
2. “1909-2021 ci illərdə Şəkidə mətbuat tarixi” – Kamil Adışirinov
( Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent)
Mövzular seminar iştirakçılarına təqdim olunduqdan sonra, çıxışlar ətrafında müzakirə aparılıb. Təqdim edilən məruzələr üzərində müəyyən texniki düzəlişlər aparlıdıqdan və redaktə edildikdən sonra məqalə şəklində çapa təqdim edilməsi tövsiyə edilib.