14 sentyabr 2021-ci il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib
Sen 14, 2021 | 03:54
İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü şura üzvü, Genetik Ehtiyatlar İnstitutunun Şəki Dayaq Məntəqəsinin müdiri, biol.ü.f.d. Ş.Ş.Məmmədovun vəfatı ilə əlaqədar bir dəqiqəlik süküt elan etdi. Sonra o, şura üzvlərini gündəlikdə qoyulan aşağıdakı məsələlərlə tanış etdi:
1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli 1627 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydaları”nın 2.2. və 2.3.-cü bəndlərinə uyğun olaraq 2022-ci il üçün Nazirlər Kabinetinin iş Planına dair təkliflər - Elmi Mərkəzin direktoru f.ü.f.d .. dos. Yusif Şükürlü
2. AMEA Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə “Elmin dayanıqlı inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında 9 iyul 2021-ci il tarixli 15/2 saylı Qərarının 3-cü bəndinin tələblərinə uyğun AMEA-nın Şəki REM-i tərəfindən hazırlanmış təkliflərin müzakirəsi - Mərkəzin elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. Fərhad Əzizov
3. 27 sentyabr “Anım günü” ilə bağlı tədbirlərin təşkili barəsində - Şəki REM-in Həmkarlar Təşkilatının sədri Coşğun Məmmədov
4. Şəki REM əməkdaşlarının COVİD-19-a qarşı peyvəndləmənin tətbiqi barədə - Şəki REM-in Ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov
5. Görkəmli ictimai xadim Hacı Mustafa əfəndi əl-Malaxinin irsinin tədqiqi vəziyyəti ilə bağlı məlumat - Tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi fəl.ü.f.d. Ələddin Sultanov
6. AMEA-nın Şəki REM-in 50 illiyi ilə bağlı məsələ - Şəki REM-in elmi katibi Elşən Abdurahmanov
7. Cari məsələ.
Gündəlik səsə qoyuldu və qəbul edildi. Daha sonra gündəlikdəki məsələlər üzrə müzakirələr aparılaraq, müvafiq qərarlar qəbul edildi.