6 may 2021-ci il tarixində AMEA-nın Şəki REM-də elmi seminar keçirilib
May 06, 2021 | 12:00

Seminarı giriş sözü ilə açan Mərkəzin Elmi katibi E.Abdurahmanov elmi seminarların təşkilinin məxsusi əhəmiyyət daşıdığını qeyd edərək, seminar mövzularını elan etdi. Seminarda “Landşaftşünaslıq” söbəsinin rəhbəri g-m.ü.f.d H.L.Mustafabəylinin və “Ekoloji Coğrafiya” şöbəsinin rəhbəri Y.R.Rəhimovun birgə hazırladıqları “Şəki-Zaqatala bölgəsinin bəzi landşaft növlərinin reqressiv ekocoğrafi təzahürləri və onların aradan qaldırılması yolları” mövzusu seminar iştirakçılarına təqdim edildi.

Sonra “Bitkilərin  biomüxtəlifliyi  və Genefond” şöbəsinin rəhbəri C.İ.Məmmədov  Şəki-Zaqatala bölgəsində yayılmış yerli armud sortları, onların yabanı formalarının meyvələrinin mexaniki və pomoloji xüsusiyyətləri”  adlı məruzəsini təqdim etdi. Daha sonra məruzəçilərə mövzularla bağlı suallar verildi, suallar cavablandırılaraq, məruzələr ətrafında müzakirələr aparıldı. Məqalələrin yerli və xarici jurnallarda nəşr edilməsi tövsiyyə olundu.