AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun əməkdaşları Şəki REM-də aparılan tədqiqatlarla tanış olmuşlar
Okt 28, 2019 | 01:58

AMEA vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynovanın tapşırığı ilə institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Həsən Babayev və aparıcı elmi işçi bilogiya üzrə fəlsəfə doktoru Nurməmməd Mustafayev 24-26 oktyabr tarixlərində  AMEA Şəki Regional Elmi Mərkəzdə olmuşlar. Şəki REM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü  Şəki  REM-in “Ekoloji biofizika” şöbəsində yerinə  yetirilən  tədqiqatlar,  xüsusən də  Amarant bitkisi üzrə əldə olunan nəticələrə dair məlumat vermiş, fikir mübadiləsi aparılmış, gələcəkdə birgə tədqiqatların aparılmasına dair əməkdaşlığın zəruriliyi vurğulanmışdır.

Qonaqlar Şəki REM-in təcrübə sahəsinə baxış etmiş, Şəki REM-in “Ekoloji biofizika” şöbəsinin rəhbəri Yevgeniya Bəkirova və baş mütəxəssis Adışirin Xəlilov qonaqlara əvvəlki illərdə əldə olunan nəticələr barəsində məlumatlar vermiş, Amarant bitkisinin becərilməsi şəraiti ilə tanış etmişlər, qonaqlar isə öz növbəsində məsləhət və tövsiyələrini bildirmiş, özlərinin gətirdikləri 6 sort Amarant toxumlarını növbəti  təsərrüfat ilində sınaqdan keçirmək məqsədilə təhvil vermişlər.

Qonaqlar Şəki REM-də yerinə yetirilən digər istiqamətlər üzrə tədqiqatlar ilə də tanış olmuş, digər sahələr üzrə də əməkdaşlıq etmələrinin vacibliyi qərara alınmışdır.

Şəki REM-in İctimaiyyətlərlə Əlaqələr Şöbəsinin rəhbəri prof. Firədun İbrahimov