AMEA İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq konfrans keçirildi
Okt 19, 2018 | 10:41

        18 oktyabr 2018-ci il tarixində AMEA İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq konfrans keçirildi.

        Konfransda  AMEA Şəki Regional elmi Mərkəzin əməkdaşları  b.ü. PhD, dosent  Q.M.Bəkirov, elmi işçi A.G.Mustafayev və elmi işçi Z.Y.Şükürova “Azərbaycanda baramaçılıq və ipəkçiliyin inkişafı və ərazi təşkilində Şəki-Zaqatala iqtisadi rayonunun rolu” mövzusunda məqalə ilə çıxış etdilər. Məqalədə regionda bu sahənin inkişafı işsizliyin aradan qaldırılmasına, əhalinin işlə təmin olunmasına, maddi rifah halının yaxşılaşdırılmasına və bununla da sosial-iqtisadi problemlərin həll olunmasına əhəmiyyətli dərəcədə təsir etməsindən bəhs edilir.