Tel. (055) 873 22 71 
Faks  
Elektron poçtu huseyn.mustafabeyli@mail.ru

  

Struktur bölmənin rəhbəri   Hüseyn Lütvəli oğlu Mustafabəyli 
geologiya-mineralogiya üzrə fəlsəfə doktoru  
İşçilərin ümumi sayı 5
Əsas fəaliyyət istiqamətləri 

İqlim dəyişmələri, Şəki-Zaqatala bölgəsində dağıdıcı proseslərin və və səhralaşmanın tədqiqi. Şəki-Zaqatala iqtisadi rayonlarının təbii mineral və termal resurslarının müəyyənləşdirilməsi və onlardan praktik məqsədlər üçün istifadə

Regionun reqressiv landşaft təzahürləri və onların sağlamlaşdırılması məqsədilə kompleks tədbir proqramlarının hazırlanması və həyata keçirilməsi.

  1. Böyük Qafqazın cənub yamacının gilli və karbonatlı suxurlarının xalq təsərrüfatında istifadəsi məqsədi ilə öyrənilməsi., gil şistləri və karbonat süxurlarından qiymətli inşaat materialı olan aqloporit və keramzitin alınması. 
  2. Böyük Qafqazın cənub yamacının Yura yaşlı suxurlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi; bəzi kimyəvi elementlərin müxtəlif litoloji tiplərdə və tektoniki zonalarda paylana qanunauyğunluqları., rudogen elementlərin (Cu,Pb,Zn) müxtəlif tipli süxurlarda stratiqrafiyasının bölgü üzrə paylanma qanunauyğunluqları., Yura çöküntülərinin regional geokimyəvi, zonallıq və paleocoğrafi xüsusiyyətlərinin öyrənilməsi.,Böyük Qafqzın cənub yamacının Yura çöküntülərində filizləşmə prosesini lokallaşdıran geokimyəvi faktorların öyrənilməsi., nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi., 
  3. Böyük Qafqazın cənub yamacının müxtəlif landşaft qurşaqlarının biogeokimyəvi xüsusiyyətlərinin öyrənilməsi., süxur, torpaq və bitkilərdə mikroelementlərin paylanma qanunauyğunluqlarının öyrənilməsi., bəzi kimyəvi elementlərin Cu, Pb, Zn, Co, Ni, Cr, V, Ba, Sr, B, Mo, J və s. biogeo kimyəvi xüsusiyyətləri., Böyük Qafqazın cənub yamacının xarakterik bitki növlərində mikroelementlərin paylanması., indikator ehtimallı bitki növlərində mikroelementlərin bioloji mənimsənilmə əmsallarının müəyyənləşdirilməsi., landşaftların biogeokimyəvi xüsusiyyətlərinin araşdırılması və "Qlobal iqlimdəyişmə" prosesləri ilə mümkün əlaqələrinin öyrənilməsi. 
  4. Böyük Qafqazın cənub yamacının Mezazoy yaşlı süxurlarında baş verən dağıdıcı təbiət hadisələrinin geokimyəvi üsullarla tədqiq olunaraq proqnozlaşdırılması., sel ocaqlarının coğrafi,litoloji və geokimyəvi xüsusiyyətlərinə istinad edərək sürüşmə proseslərinin proqnozlaşdırılması. 
  5. 2020-ci ildən başlayaraq Təbii fəlakətlərin və texnogen sferadakı baş verə biləcək təhlükələrin proqnozlaşdırılması və operativ məlumatlandırılması məqsədilə Azərbaycanın Şimal-Qərb (Şəki-Zaqatala) bölgəsinin landşaft qurşaqlarında intensivləşməkdə olan səhralaşmanın biogeokimyəvi üsullarla tədqiq olunması

Azərbaycanın Şəki-Zaqatala bölgəsində səhralaşma prosesi həm ekoloji və sosial-iqtisadi problem olaraq tədricən quraqlaşan hidrometeoroloji iqlim şəraitində son dərəcə aktual məsələ hesab edilir. Səhralaşma prosesi ərazinin təbii şəraitindən xüsusilə, antropololoji, relyef, iqlim, bioloji və s. asılı olaraq müxtəlif intensivlikdə təzahür edir. Bölgədə quraqlığın tədricən ilbəil artması, havanın temperatur və rütubət rejimində baş verən indifferent dəyişmələr, meşələrin məhv edilməsi, suvarılan əkin sahələrinin zaman ərzində şoranlaşması, torpağın tullantılarla çirklənməsi, yaylaqların ifrat otarılması və s. səbəblər ərazinin ekoloji tarazlığına mənfi təsir göstərməkdə davam edir.

Bu məqsədlə torpaq və bitki növlərində mikroelementlərin miqrasiyası avtomorf (yayla və suayrıcı sahələr), hidromorf-tranzit (maili düzənliklər və çay terrasları) və hidromorf-akkumulyativ (depressiya, çökəklik, bataqlıqlar) landşaftlarda öyrənilməsi səhralaşma prosesi ilə əlaqədar olaraq bir sıra komponentlərin landşaftlardan tədricən çıxarılması nəticəsində müxtəlif mikroelement çatışmazlıqları öyrənilir və müxtəlif landşaft növlərinə aid olan torpaqlar üçün səhralaşma şəraitində tipomorf elementlərin müəyyənləşdirilməsi yerinə yetirilir.

Əsas elmi nəticələri

Şimal-qərb bölgəsinin müxtəlif çay yataqlarından götürülmüş 40-dan artıq gil və lil nümunələrinin spektral analizi aparılmış, onların mineral tərkibi təyin edilmiş, onların tərkibində MgO komponentinin və TiO2-nin miqdarı 1,14%, 3,5 % Balakən rayonu Mazımçay ərazisində ən yüksək olması iştirak edən çökmə süxurların ilkin maqmatiklərlə əlaqəsini göstərir. Bunu əksinə olaraq Şəki rayonu Dəhnəçay ərazisindən götürülmüş nümunələrdə MgO və TiO2-nin miqdarı xeyli aşağı, əksinə CaO-nun yüksək 20,18 % olması onların ilkin karbonatlı süxurlardan yaranmasını bildirir. Gil nümunələrinin analizi göstərmişdir ki, onların tərkibində K2O və Al2O3-ün miqdarı yüksək olub, Qayabaşı karyerində 3,32 %, Şəki Kərpic zavodu karyerində 3,09 %, Oxud kərpic gili – 2,47% təşkil edir ki, bu da deməyə əsas verir ki, onlar kərpic istehsalı üçün yararlıdır.

Şəki-Zaqatala bölgəsində səhralaşma prosesi landşaft qurşaqlarında biomüxtəlifliyin azalması, torpaq məhsuldarlığının zəifləməsi, su ehtiyatlarının tükənməsi və yerli əhalinin təsərrüfat fəaliyyətinə mənfi təsirlərlə xarakterizə olunur. Bu proses əsasən bölgənin Acınohur yaylası və Əyriçay vadisi (Şəki rayonu) Yaqublu yaylası, Əlicançay vadisi (Oğuz rayonu), Əmirvan yaylası və Türyançay vadisi (Qəbələ rayonu) və Alazan depresiyasının bəzi hissələrində aktivləşmişdir.

Dəmiraparançay və Vəndamçay çay yatağı boyunca aşağı endikcə lil nümunələrində qələvilik-turşluq göstəriciləri bir qayda olaraq pH ≥ 8.0 olub yüksək dağlıq ərazilərdəki qələvi elementlərin (Na, Ca, K, Mg və s.) yuyulub çıxarılması ilə əlaqədardır. Bu səbəbdən lil nümunələrində karbonatlılığın duzluluğa nisbətinin azalması cənub yayla ərazisində səhralaşma prosesinin gücləndiyini göstərir.

Havanın sirkulyasiya dəyişikliyinin yüksək tezliyi (15–18 dəfə/ay) və nisbi rütubətin 30%-dən aşağı düşməsi landşaftın reqressiv dinamikasını artırır. Şəki-Zaqatala bölgəsində də meteoroloji monitorinqlərə əsasən qeyd etdiyimiz çox saylı və kəskin meteoroloji dəyişikliklər bitki örtüyünün inkişafına mənfi təsir göstərərək bölgədə səhralaşma prosesinin inkişafına səbəb olur.

Şöbənin əməkdaşları tərəfindən bir elmlər doktoru (Z.M. Əlizadə. " Böyük Qafqazın Cənub yamacının alt və üst Yura çöküntüləri timsalında Mürəkkəb dislokasiya olunmuş rayonların filiz elementlərini geokimyası və filiz yerləşdirici süxurların litologiyası" və bir elmlər namizədi elmi dərəcəsi (H.L. Mustafabəyli. "Şərqi Qafqazın aalen çöküntülərində indikator elementlərin paylanma qanunauyğunluqları və onların axtarış əhəmiyyəti" müdafiə edilmiş, aparılan elmi -tədqiqat işlərinin nəticəsində 7 müəlliflik şəhadətnaməsi alınmış, 100-dən artıq məqalə və tezis yazılmışdır. "Tətbiqi geokimyanın bəzi problemləri "H. Mustafabəyli. "Nafta -Press" Bakı -2007.179 s., "Geokimya üzrə sorğu kitabı", "Apostroff " Bakı -2014. 483 s. (G.V. Voytkeviç və b. Rus dilindən tərcümə. Redaktorlar Z.M. Əlizadə, N. Ə. Novruzov) kitabları çapdan çıxmışdır. Böyük Qafqazın cənub yamacının Yura yaşlı çöküntülərinin 1: 100 000 miqyaslı geokimyəvi xəritəsi tərtib edilmişdir. 2015-ci il. 2017 ci ildə AMEA Terminologiya komitəsinin qərarına əsasən "Geokimyəvi terminlərin izahlı lüğəti" kitabı çapdan çıxmışdır (Tərtibçi – H.L. Mustafabəyli, Redaktor –N.Ə. Novruzov). 2019-cu ildə N. Ə. Novruzovun “Azərbaycanın filiz yataqlarının mineralogiyası və geokimyası” adlı Ali məktəblər üçün dərs vəsaiti (Ləman nəşriyyatı, Bakı, 187 s. və H.L.Mustafabəylinin (tərtibçi) “Landşaftşünaslıq terminlərinin qısa izahlı lüğəti” (redaktor N.Ə.Novruzov) Kaskad, Şəki 2019, 213 s. və 2020-ci ildə Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri. Şəki. Şəki REM mətbəsi. 2020. 372c. (H.L. Mustafabəyli, E.K.Lətifov və b. Red. Y.H.Şükürlü.) çapdan çıxmışdır.  Qarabağ və Şərqi Zəngəzur bölgələrinin təbii resursları və onların landşaft-diaqnostik xüsusiyyətləri Bakı. Savad PH MMC. 2024. 200 s. (H.L. Mustafabəyli, Y.H.Şükürlü)