
Okt 05, 2023 | 12:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİ
Hörmətli həmkarlar!
Heydər Əliyevin anadan olmasının 100 illiyinə və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin yaranmasının 50-illiyinə həsr edilmiş “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Sizləri, böyük məmnuniyyətlə, 13-14 dekabr 2023-cü il tarixlərində Şəki şəhərində keçiriləcək konfransa (online) dəvət edirik.
Rəsmi elan səhifəsi: https://www.shrem.az
Konfransın təqvimi:
Tezislərin təqdim olunması üçün son tarix: 25 oktyabr 2023-cü il
Məqalələrin təqdim olunması üçün son tarix: 15 noyabr 2023-cü il
Konfrans dilləri: Azərbaycan, türk, ingilis və rus.
Konfransın istiqamətləri:
- Heydər Əliyev, Azərbaycan dili və ədəbiyyatı
- Heydər Əliyev və multikultural dəyərlər
- Müasir dövrdə folklorun tədqiqi və təbliği
- Tarixi, arxeoloji, etnoqrafik irsin öyrənilməsi
- Təbii ipək əsaslı materiallar və bio-nanotexnologiyalar
- Bitki ehtiyatlarından davamlı və ekoloji istifadə perspektivləri
- Landşaft dinamikası və səhralaşma problemləri
- Turizm-rekreasiya ehtiyatları
Tezislərin tərtibat qaydaları:
- Tezislər “Times New Roman” 12 şriftlə, həcmi 250-400 sözdən ibarət olmaqla yazılmalıdır.
- Tezisin mətni, mövzunun adı və açar sözlər onun yazıldığı dildən əlavə olaraq ingilis dilində də təqdim edilməlidir.
- Mövzunun adı, “Times New Roman” 12 şriftlə, böyük hərflərlə tünd rəngdə (Bold+böyük hərflərlə) ortada yazılmalıdır.
- Hər bir tezis üçün müəllifin adı, soyadı, təmsil etdiyi müəssisə, elmi dərəcəsi (olduğu təqdirdə), e-mail ünvanı, ORCID iD kodu və əlaqə üçün telefon nömrəsi mövzu başlığından sonra sağ tərəfdə göstərilməlidir.
Tezislər 25 oktyabr 2023-cü il tarixinədək Azərbaycan, türk, ingilis və rus dillərində Microsoft Word mətn emal proqramı ilə yazılmalı və amea.shrem50@gmail.com elektron ünvanına göndərilməlidir. Qəbul edilmiş tezislərin müəllifləri e-mail vasitəsilə məlumatlandırılacaqlar.
Məqalələrin tərtib qaydaları:
- Konfransa yeni və tədqiqatlara əsaslanan məqalələr təqdim edilməlidir.
- Məqalələrin həcmi 4-12 səhifədən ibarət olmaqla, mətni “Times New Roman” 12 şriftlə A4 formatda, yuxarıdan, aşağıdan və soldan 2 sm, sağdan 1,5 sm məsafə ilə və 1,15 intervalla yazılmalıdır. Məqalədə giriş, alt başlıqlar və nəticə mütləq qeyd edilməlidir.
- Azərbaycan, türk və rus dillərində olan məqalələrin ingilis dilində xülasəsi təqdim edilməlidir.
- Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar APA stilində verilməlidir; nümunə, (Məmmədov, 2007, s.17-21).
Qeyd 1 Cədvəl, sxem və qrafiklər məqalənin içərisində verilməlidir. Foto və şəkillər sıra göstərməklə və alt hissəsində izah verilməklə məqalənin içərisində yerləşdirilməlidir.
Qeyd 2 Təqdim olunan məqalələr tələblərə cavab vermədiyi halda çap edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyət müəlliflərə aiddir.
- Qəbul edilən tezis və məqalələr Konfrans materialları toplusunda dərc ediləcəkdir.
- Konfransda qatılmaq üçün ödəniş tələb edilmir.
- Əlaqə nömrəsi: +994 51 359 39 19 İsmayılova Aygün
e-mail ünvan: amea.shrem50@gmail.com