An innovative information service of ANAS SRSC was created
Oct 01, 2020 | 12:00

The first vice-president of ANAS academician Isa Habibbayli AMEA-nın Birinci vitse prezidenti akad. İsa Həbibbəylinin 13.08.2020-ci il tarixli məktubuna əsasən AMEA-nın Şəki REM-nin direktoru fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün təşkilatçılığı ilə Regional Elmi Mərkəzi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası arasında innovativ informasiya xidməti yaradılıb.

İnnovativ informasiya xidmətinin lazımlı şəkildə yerinə yetirilməsi üçün AMEA-nın  Şəki Regional Elmi Mərkəzində  işçi qrupu təsis edilmişdir.

İşçi qrup tərəfindən AMEA-nın Şəki REM-in əməkdaşlarının elmi əsərləri, həmçinin regionun qabaqçıl şair və yazıçılarının kitablarından ibarət  232 ədəd kolleksiyanı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Şəki REM-i üçün ayrılan guşəsində yerləşdirilmişdir.

AMEA-nın MEK-nin rəhbərliyinin razılığı əsasında gələcəkdə bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi, kitab mübadiləsi aparılması və guşənin davamlı yenilənməsinə qərar verilmişdir.