Tel. (055) 873 22 71 
Faks  
Elektron poçtu huseyn.mustafabeyli@mail.ru

  

Struktur bölmənin rəhbəri Hüseyn Lütvəli oğlu Mustafabəyli, 
geologiya-mineralogiya üzrə fəlsəfə doktoru  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  1. Böyük Qafqazın cənub yamacının gilli və karbonatlı suxurlarının xalq təsərrüfatında istifadəsi məqsədi ilə öyrənilməsi., gil şistləri və karbonat süxurlarından qiymətli inşaat materialı olan aqloporit və keramzitin alınması. 
 2. Böyük Qafqazın cənub yamacının Yura yaşlı suxurlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi; bəzi kimyəvi elementlərin müxtəlif litoloji tiplərdə və tektoniki zonalarda paylana qanunauyğunluqları., rudogen elementlərin (Cu,Pb,Zn) müxtəlif tipli süxurlarda stratiqrafiyasının bölgü üzrə paylanma qanunauyğunluqları., Yura çöküntülərinin regional geokimyəvi, zonallıq və paleocoğrafi xüsusiyyətlərinin öyrənilməsi.,Böyük Qafqzın cənub yamacının Yura çöküntülərində filizləşmə prosesini lokallaşdıran geokimyəvi faktorların öyrənilməsi., nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi., 
3. Böyük Qafqazın cənub yamacının müxtəlif landşaft qurşaqlarının biogeokimyəvi xüsusiyyətlərinin öyrənilməsi., süxur, torpaq və bitkilərdə mikroelementlərin paylanma qanunauyğunluqlarının öyrənilməsi., bəzi kimyəvi elementlərin Cu ,Pb , Zn , Co,Ni, Cr ,V ,Ba , Sr, B,Mo,J və s. biogeokimyəvi xüsusiyyətləri., Böyük Qafqazın cənub yamacının xarakterik bitki növlərində mikroelementlərin paylanması., indikator ehtimallı bitki növlərində mikroelementlərin bioloji mənimsənilmə əmsallarının müəyyənləşdirilməsi.,landşaftların biogeokimyəvi xüsusiyyətlərinin araşdırılması və "Qlobal iqlimdəyişmə " prosesləri ilə mümkün əlaqələrinin öyrənilməsi. 
4. Böyük Qafqazın cənub yamacının Mezazoy yaşlı süxurlarında baş verən dağıdıcı təbiət hadisələrinin geokimyəvi üsullarla tədqiq olunaraq proqnozlaşdırılması., sel ocaqlarının coğrafi,litoloji və geokimyəvi xüsusiyyətlərinə istinad edərək sürüşmə proseslərinin proqnozlaşdırılması. 
Əsas elmi nəticələri Aparılan elmi-tədqiqat işlərinin nəticəsində 7 müəlliflik şəhadətnaməsi alınmış, 48 məqalə yazılmışdır. "Tətbiqi geokimyanın bəzi problemləri" "Nafta -Press" Bakı -2007. 179 s. , "Geokimya üzrə sorğu kitabı " ,"Apostroff " Bakı -2014 ( G.V.Voytkeviç və b. Rus dilindən tərcümə) kitabları çapdan çıxmışdır. Böyük Qafqazın cənub yamacının Yura yaşlı çöküntülərinin 1: 100 000 miqyaslı geokimyəvi xəritəsi hazırlanmışdır.