“Folklorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşları növbəti folklor ekspedisiyasında
İyn 15, 2022 | 12:00

14 iyun 2022-ci il tarixində şöbə müdiri İradə Yusifova və şöbə əməkdaşı  kiçik elmi işçi Tural Adışirinov folklor nümunələri

toplamaq üçün Şəkinin Baş Zəyzid və Vərəzət kəndlərində

olublar.

Əvvəlcə, Baş Zəyzid kəndində el ağbirçəyi, folklor bilicisi, geniş mütaliəsi olan Fatimə Səlimova ilə görüş keçirilib. Müsahibə zamanı yeni bayatı, tapmaca, bağlama və  1 rəvayət qeydə

alınıb.

Daha sonra ekspedisiya üzvlərinin görüşü bölgənin tanınmış ağsaqqalı və  ziyalısı Fikrət Məmmədovla söhbət apararaq dəyərli məlumatlar əldə ediblər.  

Gün ərzində “Folklorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşları kənd ağsaqqalları  Pirəli Əliyev, Etibar Şükürov,              Soltan Xəlilovla görüşüb, yeni folklor nümunələri, lətifələr, zərbi-məsəllər, atalar sözləri toplayıblar.