3-4 İyun 2022-ci il tarixlərində onlayn formada Beynəlxalq Elmi simpoziyum keçirilib
İyn 05, 2022 | 12:00

3-4 İyun 2022-ci il tarixlərində onlayn formada Türkiyə Qarabük Universiteti və Pəncab Universitetinin birgə təşkilatçılığı ilə “Uluslararası Türkiye ve Pakistan Arasında Tarihi ve Coğrafi Bağlantılar: Geçmiş, bugün ve gelecek beklentileri” adlı Beynəlxalq Elmi simpoziyum keçirilib. Simpozium Türkiyə Pakistan arasında coğrafi və tarixi əlaqələri dəyərləndirmək məqsədi ilə təşkil olunub.

Simpoziumda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geol.min.ü.f.d. Hüseyn Mustafabəyli və həmin şöbənin elmi işçisi Murad Qəhrəmanov həmmüəllif olduğu “Biogeomorfosenozlar və onların səciyyəvi biokimyəvi və landşaft-ekocoğrafi xüsusiyyətləri” və “Azərbaycanda urbanizasiya problemləri”, “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Yusif Rəhimov, elmi işçisi Qafqaz Ağabalayev və şöbənin böyük laborantı Sevinc Hüseynovanın həmmüəllif olduqları “Kiş çayının Qaynar qolunda sel təhlükəli ərazilər və kənd təsərrüfatı əkinlərinin seldən mühafizə tədbirləri”, “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “XX əsrin əvvəllərində Azərbaycan Milli hərəkatında siyasi türkçülüyün istiqamətləri” məruzələri ilə Microsoft Teams proqramı üzərindən iştirak etmişlər. Əməkdaşlarımızın məruzələri simpoziyum iştirakçıları tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilib.

Simpozium Türkiyə, Azərbaycan, Pakistan, Hindistandan iştirakçılar qoşulublar.