“Folklorşunaslıq və el sənətləri” şöbəsinin əməkdaşları növbəti folklor ekspedisiyasında
İyn 03, 2022 | 01:00

3 iyun 2022-ci il tarixində AMEA-nın Şəki REM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin müdiri İradə Yusifova və şöbənin əməkdaşları kiçik elmi işçi Tural Adışirinov, baş laborant Adışirin Xəlilov folklor nümunələri toplamaq üçün Şəkinin Orta Zəyzid və Baş Zəyzid kəndlərində olublar.

Toplayıcılar  əvvəlcə  Orta Zəyzid kənd orta məktəbinin rəhbərliyi və müəllim kollektivi ilə görüşmüş, kənd haqqında söhbətlər aparmış, kənddə yaşayan folklor biliciləri olan ağsaqqal, ağbirçəkləri haqqında məlumatlar əldə etmişlər.

Daha sonra tədqiqatçılar kənd icra nümayəndəliyində olublar. İcra nümayəndəsinin müavini Fikrət Hüseynov, kəndin tarix müəllimi, el ağsaqqalı Vaqif Abdullayev kəndin yaranma tarixi, coğrafiyası, yerli əhalinin məşğuliyyət sahələri barədə məlumatlar veriblər.

Şöbə əməkdaşlarının növbəti görüşləri Baş Zəyzid İcra  nümayəndəliyində olub. Növbəti görüş İcra nümayəndəsinin müavini  Elşad Novruzov və folklor klubunun müdiri Xanlar Mahmudov və kənd sakini  Fatimə Səlimova ilə baş tutmuş onlar kəndin sənətkarları barədə maraqlı informasiyalar vermişlər.