Kiş çayının Damarçın qolu və onun ətraf ərazilərində ekoloji monitorinq aparılıb
May 27, 2022 | 11:00
Şəki Regional Elmi Mərkəzin "Ekoloji coğrafiya" və "Landşaftşünaslıq" şöbələrinin əməkdaşları tərəfindən Kiş çayının Damarçın qolu və Narınqala körpüsü ərazilərində ekoloji monitorinq aparılıb.
Monitorinq zamanı çayın gətirmə konusunda may ayı ərzində müşahidə edilən intensiv yağışların törətdiyi fəsadların öyrənilməsi üçün işarələmələr və ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub, eyni zamanda həmin ərazilərin turizm potensialının dəyərləndirilməsi istiqamətində tədqiqat işləri aparılıb.