AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib
Apr 29, 2022 | 12:00

29 aprel 2022-ci il tarixində AMEA-nın Şəki REM-nin növbəti Elmi şura iclası keçirilib. Elmi mərkəzin direktoru fiz.ü.f.d., dosent Y.H.Şükürlü iclası açaraq, gündəlikdəki məsələlərlə şura üzvlərini tanış edib və onun işinə uğurlar arzulayıb. Gündəlik səsə qoyulub və qəbul edilib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Elmi şura üzvü, “Landşaftşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru N.Ə.Novruzovun vəfatı ilə bağlı bir dəqiqəlik sükut elan edilib. Şəki REM-in elmi katibi E.Abdurahmanov bildirb ki, “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi Q.M.Ağabalayev Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onun Elmi şura üzvlüyünə tövsiyyə edilib. Məsələ müzakirə edilərək, səsə qoyulub və Q.M.Ağabalayev elmi Şura üzvlüyünə daxil edilib. Şəki REM-nin “Elmi Texniki İnformasiya şöbəsinin fəaliyyəti barədə məlumat dinlənilib. Elmi şurada həmçinin, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol xəritəsi”nin icrasına dair təkliflər müzakirə edilib. Elmi mərkəzin direktoru fiz.ü.f.d.dosent Y.Şükürlü 27 aprel 2022-ci il tarixli AMEA-nın ümumi yığıncağında müzakirə edilən məsələlər, irəli sürülən təkliflər haqqında şura üzvlərinə məlumat verib. Sonra Şəki REM-in 50 illik yubleyi ilə bağlı hazırlanan kitab və keçiriləcək beynəlxalq konfransla bağlı mövcud problemlər, görüləcək işlər müzakirə edilib. Daha sonra Şəki REM-in müvafiq şöbələrində kiçik elmi işçi, elmi işçi, və şöbə rəhbəri vəzifələrinə seçkilər keçirilib.