11 mart 2022-ci il tarixində AMEA Biofizika İnstitutunda hibrid formatda​ “Elm günü” nə həsr olunmuş ​ “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçirilib
Mart 11, 2022 | 12:00
11 mart 2022-ci il tarixində AMEA Biofizika İnstitutunda hibrid formatda “Elm günü” nə həsr olunmuş “GALT geninin klinik əhəmiyyətli mutasiyalarının genotiplənmə analizi” mövzusunda elmi seminar keçirilib.
Seminar Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzinin Molekulyar Onkologiya laboratoriyası və AMEA Biofizika İnstitutunun Molekulyar və hüceyrə onkologiyası laboratoriyası tərəfindən təşkil edilib.
AMEA –nın Şəki REM-nin “Ekoloji Biofizika” şöbəsinin elmi işçisi Vəfa Atayeva tədbirdə iştirak edib.
Seminarda GALT (galactose-1-phosphate uridylyltransferase) geninin klinik əhəmiyyətli mutasiyalarının aşkarlanması metodundan, analizin tətbiq ediləcəyi xəstə kontingenti və tibbi müəssisələrdən bəhs olunub. Eyni zamanda skrininq metod kimi istifadə ediləcək kitin və müvafiq protokolun hazırlanması, o cümlədən praymerlərin dizaynı, PZR-metod rejiminin seçilməsi, agaroza-gel elektroforez və gözlənilən fraqmentlərin aşkarlanması yolları təqdim olunub. Seminarda əlavə olaraq, artıq Milli Onkologiya Mərkəzində müəyyən bir qrup xəstənin müalicəsində istifadə edilən “CANCER PANEL”lərindən biri təqdim edilib.