Fev 22, 2022 | 02:00
YAP Şəki Regional Elmi Mərkəzi ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib.
Sonra təşkilati məsələyə baxılıb.Yusif Şükürlü YAP ŞREM ərazi partiya təşkilatının sədri, Yusif Rəhimov isə sədr müavini seçiliblər.
YAP Şəki təşkilatının sədri Daşqın Mikayılov yığıncaqda çıxış edərək, partiyanın həyatında baş verən yeniliklər barədə məlumat verib. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri möhtəşəm siyasət nəticəsində 90-cı illərin əvvəllərində parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan bu gün dünyanın ən uğurlu gənc, qalib dövlətidir. Dünyanın ən mötəbər təşkilatlarının reytinq cədvəllərində Azərbaycanın adı birincilər sırasındadır. Azərbaycanın bugünkü uğurları fonunda qarşıdakı illərdə daha möhtəşəm gələcəyin olacağı böyük inam hissi ilə qeyd edilir. Çünki Azərbaycan artıq ərazi bütövlüyü bərpa olunan, torpaqlarına qovuşan qalib dövlət kimi dünyanın diqqətindədir. 30 ilin işğalına 44 gündə son qoyan bir dövlətin gələcəyi heç şübhəsiz ki, parlaq, inkişafı dayanıqlı olacaq. Bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərindəki Azərbaycanla müqayisə etmək belə mümkün deyil. Həmin illərin böyük sıxıntıları içərisində yaşayan Azərbaycan vətəndaşları bu gün dünyanın ən xoşbəxt xalqları sırasında yer alıb. Ölkəmizin hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası Zəfərimizin yaratdığı reallıqlara söykənərək özünün VII qurultayında qəbul etdiyi qərarları əsas tutaraq işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinə töhfəsini verməyə çalışır. Bu məqsəd partiyanın hər bir üzvünə fəallığını artırmaq çağrışını edir.
YAP ŞREM ərazi partiya təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən Daşqın Mikayılov təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.