AMEA-nın Şəki REM-nin cari ildəki ilk Elmi şura iclası keçirilib
Yan 28, 2022 | 11:00

28 yanvar 2022-ci il tarixində AMEA-nın Şəki REM-nin cari ildəki ilk Elmi şura iclası keçirilib

İclası açan Şəki REM-in direktoru, fiz.ü.f.d, dosent Y.H.Şükürlü şuranın işinə uğurlar arzu edərək, iclas iştirakçılarını Elmi şuranın gündəliyi ilə tanış edib. Elmi Şuranın yeni tərkibi müəyyənləşdirilərək təsdiq edilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin “Şusa ili“ elan edilməsi ilə bağlı Şəki REM-in rəhbərliyi tərəfindən hazırlanmış Tədbirlər planı müzakirə edilərək, AMEA rəhbərliyinə təqdim edilməsi qərara alınıb. Sonra gündəlikdə duran digər məsələlər-AMEA Rəyasət Heyətinin 28.12.2021-ci il tarixli 01-6 1161 nömrəli məktubuna əsasən elmi işçilərin, laborant və texniklərin atestasiyadan keçirilməsi ilə bağlı komissiyanın yaradılması, Şəki REM-in 2022-ci il Elmi-tədqiqat planlarının və Şəki REM-in 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibinin təsdiq edilməsi kimi mühüm məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Daha sonra gündəlikdəki cari məsələlər müzakirə edilərək zəruri qərarlar qəbul edilib.