AMEA-nın Şəki REM-də ”31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il” münasibətilə tədbir
Dek 29, 2021 | 12:00
29 dekabr 2021-ci il tarixində AMEA-nın Şəki REM-də ”31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il” münasibətilə tədbir keçirilib. Tədbiri açan Şəki REM-in dorektoru fiz.ü.f.d., dosent Y.H.Şükürlü əməkdaşları təbrik edərək, elmi fəaliyyətlərində yeni uğurlar arzu edib. Sonra ŞƏKİ REM-in elmi işlər üzrə direktor müavini bio.ü.f.d Fərhad Əzizov öz təbriklərini əməkdaşlara çatdıraraq, 2021-ci ilin nəticələrini və nəaliyyətlərini qənaətbəxş hesab edərək, növbəti ildə bu inkişaf dinamikasını dahada artırmağı tövsiyyə edib.
Sonda 2021-ci il ərzində elmi və elmi-təşkilatı fəaliyyətində fərqlənən əməkdaşlara və şöbələrə fəxri fərmanlar təqdim edildi.