“Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans
Noy 25, 2021 | 12:40
25 noyabr 2021- ci il tarixində Bakı şəhərində Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubleyinə həsr olunmuş “Baytarlıq elmi XXI əsrdə - gələcəyə doğru innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbir çərçivəsində baytarlıq elminin inkişafında xüsusi xidmətləri olan alim və baytar həkimlərə təşəkkürnamələr təqdim edilib. Konfrans kənd təsərrüfatının, vəhşi və heyvanlarının, quşların, arıların və balıqların infeksion, invazion və yoluxmayan xəstəliklərin ən müasir texnologiyalar əsasında öyrənilməsi, baytarlıq-sanitariya, müalicə-profilaktika, molekulyar biologiya və digər sahələrdə son illərdə aparılmış nəzəri və praktiki tədqiqatların mühüm nəticələrinin, gələcək perspektivlərin müzakirəsi ilə davam etdirilib.
Konfransda AMEA –nın Şəki REM-in direktoru fiz.ü.fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri boil.ü. fəlsəfə doktoru, dosent Qüdürət Bəkirov iştirak ediblər.