“17 noyabr - Milli Dirçəliş Günü”
Noy 17, 2021 | 12:00
17 noyabr 2021 –ci il tarixində AMEA- nın Şəki REM-də
“17 noyabr - Milli Dirçəliş günü” münasibətilə tədbir keçirilib.
Tədbiri açan AMEA –nın Şəki REM-nin direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü tarixə nəzər salaraq, hərəkatın mahiyyətindən, həmin dövrdə respublikanın mərkəzində və bölgələrində cərəyan edən hadisələrdən bəhs edib.
Elmin mərkəzin elmi katibi E. Abdurahmanov 1980 –ci illərin sonunda Sovet dövlətinin tənəzzülü prosesinin gedişində bir çox ölkələrdə müstəqillik uğrunda mubarizə hərəkatlarının başlanması, Azərbaycan xalqının öz fədakarlığı, mübarizə əzmi ilə fəqlənməsi, hadisələrin dünya mətbuatında işıqlandırılmasından danışıb.