COVİD-19-a qarşı peyvənd olunma
Sen 02, 2021 | 11:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının COVİD-19-a qarşı peyvənd olunması “ Sanitariya epidemioloji salamatlıq” haqqında Qanunun tələblərinə uyğun icra edilir.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il Qərarına və “Sanitariya epidemioloji salamatlıq” haqqında Qanunun tələblərinə, həmçinin AMEA Rəyasət Heyətinin AMEA-nın strukturuna daxil olan müəssisə və təşkilatların əməkdaşlarının qorunmasının ən səmərəli yolu olan peyvəndləmənin tətbiq edilməsi ilə bağlı tövsiyəsini  nəzərə alaraq, Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının I və II doza peyvəndlənməsinin təşkili ilə əlaqədar tədbirlər  həyata keçirilir.

01 sentyabr 2021-ci il tarixinə qədər olan rəsmi məlumata əsasən Şəki REM-in əməkdaşlarının 87 nəfərinə - 91,5%  I doza, 70  nəfərinə - 73,6%  I və II doza üzrə vaksin vurulması təmin edilmişdir.

Hazırda bu sahə ciddi nəzarətə götürülmüş oktyabr ayının 1- nə kimi II doza vaksin vurdurulması istiqamətində gündəlik müşahidələr aparırlar, işçilər arasında izahat işləri, maarifləndirmələr həyata keçirilir.