ƏMƏKDAŞLARIMIZ “ZİYALI İŞIĞINDA” RAMAZAN QAFARLI-70 BEYNƏLXALQ İCTİMAİ VƏ MƏDƏNİ ELMLƏR KONFRANSINDA İŞTİRAK EDİB
İyl 19, 2021 | 12:43
AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə 15 iyul 2021-ci il tarixində “Ziyalı işığında” Ramazan Qafarlı-70 Beynəlxalq İctimai və Mədəni Elmlər konfransı keçirilib. Konfransda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları da təmsil olunmuşlar.
Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz xanım Mürşüdova "Ramazan Qafarlı: Azərbaycan türk mifologiyasının tədqiqinə tarixi bir baxış" və kiçik elmi Tural Adişirinov "Bəxtiyar Vahabzadənin ədəbiyyat tariximizdə yeri və rolu" mövzusunda məruzələr etmislər.