AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi son beş ildə
İyl 16, 2021 | 12:36
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi son beş ildə (2016-2020) səmərəli fəaliyyət göstərmiş, bir çox uğur və nailiyyətlər əldə etmişdir. Belə ki, Elmi Mərkəzin alimləri, dissertantları və gənc tədqiqatçıları beş ildə ümumi olaraq 115 beynəlxalq, 26 respublika əhəmiyyətli elmi konfrans və
simpoziumlarda iştirak etmiş, 114 konfrans məqaləsi və 39 tezis dərc etdirmişlər. Əlavə olaraq, xaricdə və ölkədə çıxarılan jurnallarda 117 elmi məqalə dərc etdirilmiş, onlardan 5-i indeksli jurnallarda çap olunmuşdur.
Eyni zamanda, alimlərimiz beş ildə 23 monoqrafiya, kitab, dərslik və dərs vəsaitləri çap etdirmiş, 14 kitabın tərtibçisi və ön söz müəllifi olmuşlar.
Alimlərimiz tərəfindən bu müddət ərzində müxtəlif elmi sahələr üzrə Əqli Mülkiyyət Agentliyi tərəfindən 5 patent alınmışdır. Əldə olunan uğur və nailiyyətlər Elmi Mərkəzin bütün kollektivinin birgə fəaliyyətinin nəticəsidir.