30 iyun 2021-ci il tarixində AMEA-nın Şəki REM-in növbəti elmi şura iclası keçirilmişdir
İyl 05, 2021 | 12:00

 Şura iclasını açan Şəki REM-in direktoru, f.ü.f.d, dosent Y.H.Şükürlü gundəlikdə qoyulan məsələlərlə bağlı şura üzvlərini tanış edərək ,”AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciətindən , çıxışlardan və qərarlardan irəli gələn vəzifələr haqqında” AMEA Rəyasət Heyətinin 10 iyun 2021-ci il tarixli 13/1 nömrəli Qərarı ilə bağlı məlumat verdi. Qərardan irəli gələn vəzifə və tapşırıqların Şəki REM-də icrası ilə bağlı məsələlər müzakirə edilərək qərar qəbul edildi. Sonra Şəki REM-in Elmi katibi E.Abdurahmanov 2021-ci ilin birinci yarsında AMEA-nın Şəki REM-də həyata keçirilən elmi tədqiqat işlərinə dair hesabatı şura üzvlərinə təqdim etdi. Hesabata müəyyən düzəlişlər və əlavələr olunması , hesabatın AMEA Rəyasət Heyətinə təqdim edilməsi haqda qərar qəbul edildi. Daha sonra gündəlikdə qoyulan digər məsələlər üzrə müzakirələr aparılaraq qərarlar qəbul edildi.